Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazana bilib və 1657 nəfərin əmək müqaviləsinə xitam verilib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
“Məsələn, xarici dil fənni üzrə Astara rayonunda fəaliyyət göstərən hər 3 müəllimdən biri ilə əmək müqaviləsinə son verilib. Sertifikasiyadan keçə bilməyən müəllimlər 80 minə yaxın uşağa dərs keçirdi”, - deyə nazir əlavə edib.
© Azərtac