AZ

Nazir kimya müəllimlərinin narazılıqları ilə bağlı məsələyə aydınlıq gətirib

Kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqları ilə bağlı məsələyə aydınlıq gətirilib.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, imtahanlardan sonra testlər təhlil edilir.

"Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram", - nazir əlavə edib.

O, 20 min müəllimə sertifikatlaşma olunduğunu deyib:

"Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatkaşma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək”.

Seçilən
33
3
teleqraf.com

10Mənbələr