AZ

Bakının mərkəzində ZƏNCİRVARİ QƏZA: Prado avtobusa çırpıldı YENİLƏNİB

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bu gün saat 08:45-də "BakuBus" MMC-nin balansındakı 2 nömrəli marşrut xətti üzrə hərəkətdə olan 77-JS-491 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Füzuli küçəsindən Şıxəli Qurbanov küçəsinə dönən zaman idarəetməni itirib, qarşı hərəkət zolağına çıxıb və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib.

O qeyd edib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib:

"Araşdırma aparılır, əlavə məlumat veriləcək".

***09:23

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Avtosfer.az oxu.az-a xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, "Toyota Prado" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.

Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
avtosfer.az

2Mənbələr