Yazını böyüt
Yazını kiçilt
Bu gün saat 08:45-də "BakuBus" MMC-nin balansındakı 2 nömrəli marşrut xətti üzrə hərəkətdə olan 77-JS-491 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Füzuli küçəsindən Şıxəli Qurbanov küçəsinə dönən zaman idarəetməni itirib, qarşı hərəkət zolağına çıxıb və nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib. O qeyd edib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib:
"Araşdırma aparılır, əlavə məlumat veriləcək".