AZ

İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır


İsveçin miqrasiya naziri Yohan Forsselin başı qalmaqaldadır. Sən demə nazirin yaxın qohumunun ifrat sağçı qruplarla əlaqələri üzə çıxıb. Sol Partiya Forsseldən parlament qarşısında məsələ ilə bağlı izahat verməsini tələb edib. Deputat Toni Haddu bildirib ki, nazirdən tam şəffaflıq tələb olunur.

“Expo” nəşrinin apardığı araşdırma göstərib ki, nazirin qohumu ifrat sağçı dairələrlə əlaqəli bir neçə hesab idarə edib və həmin hesabların birinə şəxsən Forssel də abunə olub.

“Expo” sualları nazirin qərargahına ünvanladıqdan sonra hesablar silinib, məxfilik parametrləri dəyişdirilib.

Mətləb Salahov

Seçilən
32
baki-xeber.com

1Mənbələr