"İnter Mayami"nin futbolçusu Lionel Messi MLS-də daha bir rekorda imza atıb.
QOL.az xəbər verir ki, argentinalı hücumçu yarışın tarixində ardıcıl 4 matçda dubl edən ilk futbolçu olub.
Messi bu gün “Nyu İnqland Revoluşn”a qalib gəldikləri oyunda (2:1) iki qol vurub.
38 yaşlı futbolçu daha əvvəl “Monreal İmpakt” (4:1, 4:2) və “Kolumbus Kru” (5:1) ilə matçlarda iki dəfə fərqlənib. Ümumilikdə Messinin MLS-də qol seriyası 5 oyuna çatıb.
Qeyd edək ki, Messi bu mövsüm MLS-də 15 matçda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.