Mina partlayıb, xəsarət alan var
Ajans.az xəbər verir ki hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb. Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.