AZ

Lionel Messidən MLS-də tarix yazmağa davam

Lionel Messi MLS tarixində ardıcıl 4 matçda dubl edən ilk futbolçu olub.

İdman.biz xəbər verir ki, argentinalı superulduz “İnter Mayami”nin bu gün “Nyu İnqland Revoluşn”a qalib gəldiyi oyunda (2:1) iki qol vurub.

38 yaşlı futbolçu daha əvvəl “Monreal İmpakt” (4:1, 4:2) və “Kolumbus Kru” (5:1) ilə matçlarda iki dəfə fərqlənib. Ümumilikdə Messinin MLS-də qol seriyası 5 oyuna çatıb.

Qeyd edək ki, o, hazırkı mövsümdə liqada 15 matçda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.

İdman.biz

Seçilən
11
1
idman.biz

4Mənbələr