AZ

Biləsuvarda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib

Türkiyədə fəaliyyət göstərən "Parıltı Halı" şirkətinin Gəncədə açdığı filialı   xalça istehsalına başlayıb.  Bu addım regionda yüngül sənayenin inkişafına, yeni iş yerlərinin açılmasına mühüm töhfə verir.

35 nəfər daimi işçinin çalışdığı müəssisə müasir avadanlıqlarla təchiz olunub. İstehsal olunan xalçalar keyfiyyət və dizayn baxımından beynəlxalq standartlara cavab verir. İllik istehsal gücü 800 min kvadratmetr olan müəssisənin məhsulları yerli bazarla yanaşı, 2025-ci ilin sonunacan ixrac da ediləcək. 

Qeyd edək ki, bu cür sənaye müəssisələrinin fəaliyyəti həm yerli istehsalın gücləndirilməsi, həm də Gəncənin iqtisadi potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

S.YUNİSOĞLU,

 "Azərbaycan"

Seçilən
53
azerbaijan-news.az

1Mənbələr