Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 2 Azərbaycan istehsalçısının süd məhsullarının Rusiyaya idxalına məhdudiyyət qoyub.
Marja.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
İddia olunub ki, məhdudiyyət Azərbaycanın tələbi ilə tətbiq edilir.
"Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi “Rosselxoznadzor”la əlaqə saxlayıb, Azərbaycanın iki müəssisəsi – “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC-nin öz məhsullarının Rusiyaya sonrakı çatdırılmasında maraqlı olmadığı barədə məlumat verib. Bununla əlaqədar olaraq, adıçəkilən istehsalçılar Rusiya Müfəttişliyi Xidməti tərəfindən yoxlamalardan keçməkdən imtina ediblər. Bunu nəzərə alan "Rosselxoznadzor" bu Azərbaycan müəssisələrinin süd məhsullarının Rusiyaya çıxışını məhdudlaşdırıb".
Bundan əlavə, "Rosselxoznadzor" iyulun 14-dək Azərbaycanın səlahiyyətli qurumundan digər istehsalçılardan xammalın mənşəyi barədə məlumat tələb edib:
– ATENA (süd və süd məhsullarının istehsalı);
– “AZEMAL” MMC (süd, pendir, yağ, qaymaq);
– “AZ. MILKA EXPORT” MMC (süd məhsullarının (kərə yağı) istehsalı və emalı).