AZ

Basketbolçu zorlamaya görə 8 il həbs olundu

BAKI. 10 iyul. TELEQRAF

Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Ben Maklemor ABŞ-nin Oreqon ştatında 8 illik həbs cəzasına məhkum edilib.

Teleqraf ESPN-ıə istinadən xəbər verir ki, 32 yaşlı basketbolçu 2021-ci ildə qız zorladığı üçün cəzalandırılıb.

Onun vəkilləri qadının özünün cinsi təmasa təşəbbüs göstərdiyini və buna razı olduğunu iddia ediblər.

2013-cü ildə "Sakramento Kinqz" NBA draftında 7 nömrəli basketbolçu kimi Maklemoru seçib. O, nüfuzlu yarışda ümumilikdə 5 komandada çıxış edib. Veteran basketbolçu "Sakramento"dan başqa "Memfis Qrizzliz". "Hyuston Rokets", "Los-Anceles Leykers" və "Portlend Treyl Bleyzers"də forma geyinib.

Seçilən
39
1
teleqraf.com

2Mənbələr