AZ

NBA nın keçmiş basketbolçusu zorlamaya görə səkkiz il müddətinə həbs olundu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Ben Maklemor ABŞ-nin Oreqon ştatında 8 illik həbs cəzasına məhkum edilib.

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, 32 yaşlı basketbolçu 2021-ci ildə qız zorladığı üçün cəzalandırılıb.

Onun vəkilləri qadının özünün cinsi təmasa təşəbbüs göstərdiyini və buna razı olduğunu iddia ediblər.

2013-cü ildə "Sakramento Kinqz" NBA draftında 7 nömrəli basketbolçu kimi Maklemoru seçib. O, nüfuzlu yarışda ümumilikdə 5 komandada çıxış edib. Veteran basketbolçu "Sakramento"dan başqa "Memfis Qrizzliz", "Hyuston Rokets", "Los-Anceles Leykers" və "Portlend Treyl Bleyzers"də forma geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
oxu.az

2Mənbələr