ain.az, Fanat portalına istinadən məlumat verir.
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.
Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.