AZ

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

Yeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.

Bizim.Media xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb – 2:1. “Qartallar”ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibye vurublar.

“Zirə” daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
39
18
bizim.media

10Mənbələr