ABŞ prezidenti Donald Tramp Moldova prezidentinə 1 avqustdan etibarən ölkəyə idxal olunan bütün məhsullara 25% gömrük rüsumu tətbiq ediləcəyi barədə rəsmi məktub göndərib.
KONKRET.az xəbər verir ki, Trampın oxşar addımları digər ölkələrə də ünvanlanıb:
Əlcəzair – 30%
Liviya – 30%
İraq – 30%
Bruney – 25%
Filippinlər – 20%
Prezident məktubların skanlarını özünün Truth Social sosial şəbəkəsində paylaşıb.
Bu addım ticarət münasibətlərində yeni gərginliklər yarada və qarşılıqlı sanksiyalar riskini artırmaq potensialına malikdir.