AZ

“Zirə” Türkiyə toplanışına qələbə ilə başladı

2025/2026-cı illər mövsümünə hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” bu gün qardaş ölkədə ilk yoxlama matçına çıxıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yerli “Ankara Keçiörengücü” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb – 2:1. “Qartallar”ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibye vurublar.

Xatırladaq ki, “Zirə” daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olmuşdu.

Azərbaycan klubu bu oyunun birinci hissəsində aşağıdakı heyətlə yonayıb:

Aydın Bayramov, Anje Mutsinzi, Ruan Renato (k), İssa Cibrilla, Rövlan Muradov, Ayron Qomis, Brahim Konate, İsmayıl İbrahimli, Georgi Papunaşvili, Junior Martins, Davit Volkov.

İkinci hissədəki heyətdə isə bu oyunçular yer alıblar:

Aydın Bayramov, Stefan Akka, Elçin Əlicanov, Şahmar Aşurov, Fuad Bayramov, Quima, Hacıağa Hacılı, Ramiz Muradov, Ceyhun Nuriyev, Salifu Suma, Abdul Aziz Batibye.

Seçilən
24
18
arena.az

10Mənbələr