AZ

OPEC Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm

Azərbaycan mediasının AZƏRTAC vasitəsilə bu tədbirdə iştirak etməsindən, panel və müzakirələri, ümumilikdə bütün prosesi işıqlandırmasından böyük qürur duyuruq.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri OPEC-in Baş katibi Haysam Əl-Qays Dövlət İnformasiya Agentliyi ilə qurulmuş media tərəfdaşlığı barədə bildirib.

“AZƏRTAC Dövlət İnformasiya Agentliyinə OPEC-lə media tərəfdaşlığı edərək, 9-cu OPEC Beynəlxalq Seminarını işıqlandırdığına görə təşəkkürümü bildirmək istəyirəm”, - deyən Baş katib bu əməkdaşlığın gələcəkdə davamlı olacağına ümid ifadə edib.

Seçilən
31
3
demokrat.az

6Mənbələr