AZ

"Araz-Naxçıvan" yoxlama matçında qalib gəldi - 14:0

"Araz-Naxçıvan" bu gün Türkiyənin Ərzurum şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda Türkiyə Həvəskar Liqa təmsilçisi "Bayburtspor"la qarşılaşıb. Görüşdə "Araz-Naxçıvan" rəqibini 14:0 hesabı ilə darmadağın edib.

Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurub.

Naxçıvan təmsilçisi Ərzurumda daha 2 yoxlama oyunu keçirəcək. Premyer-liqa klubu Türkiyənin "Alanyaspor" (11 iyul) və "Trabzonspor"la (17 iyul) üz-üzə gələcək. "Alanyaspor" və "Trabzonspor" Türkiyə Superliqasının təmsilçiləridi.

Xatırladaq ki, "Araz-Naxçıvan" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 24-də Bakıda, cavab matçı isə iyulun 31-də Yunanıstanda olacaq.

Seçilən
37
16
football-plus.az

10Mənbələr