Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununu keçirib.
Publika.az xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”la üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 14:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar. Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.
Komanda iyulun 11-də “Alanyaspor”la, 17-də isə “Trabzonspor”la qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.