AZ

“Araz-Naxçıvan”dan Türkiyə klubuna 14 cavabsız qol

Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb.

Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisi yerli “Bayburtspor”u 14:0 hesabı ilə məğlub edib.

“Qırmızı-ağlar” iyulun 11-də “Alanyaspor”, 17-də isə “Trabzonspor” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Seçilən
10
15
msport.az

10Mənbələr