AZ

Rusiya Kənd Təsərrüfatı Nəzarəti: İki Azərbaycan süd məhsulları istehsalçısı Rusiyaya məhsul tədarükündə maraqlı deyil

Azərbaycan şirkətləri "ALLBUY" MMC və "MILK PRODUCTS" MMC Rusiyaya süd məhsulları tədarükündə maraqlı olmadıqlarını bəyan ediblər.

“Report”-un Rosselxoznadzorun məlumatına istinadən xəbər verir.

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib ki, süd məhsulları (kərə yağı və pendirlər) istehsal edən "ALLBUY" MMC və süd məhsullarının (kərə yağı) istehsalı və emalı ilə məşğul olan "MILK PRODUCTS" MMC öz məhsullarını gələcəkdə Rusiyaya tədarük etməkdə maraqlı deyillər", - məlumatda qeyd edilib.

Qurumun məlumatına görə, bu bəyanat Rosselxoznadzor tərəfindən Azərbaycanın səlahiyyətli qurumuna yaxın zamanda məhsullarını Rusiya alıcılarına göndərən 5 süd məhsulları istehsalı müəssisəsində yoxlama keçirmək niyyəti barədə məlumat göndərildikdən sonra verilib.

Azərbaycan müəssisələrinin yoxlamaları qəbul etməkdən imtina etməsi ilə əlaqədar olaraq, Rosselxoznadzor 11 iyul tarixindən bu iki Azərbaycan istehsalçısının bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edib.

Seçilən
57
27
report.az

10Mənbələr