AZ

“İki sahil” 34 yaşını qeyd edir

Bakı. Trend:

Azərbaycanın mətbuat orqanları arasında özünəməxsus yeri olan,oxucu auditoriyasını günbəgün genişləndirən “İki sahil” qəzetininilk nömrəsinin işıq üzü gördüyü tarixdən 34 il keçir. Ötən illərərzində çətin və şərəfli yol keçən qəzet heç zaman tutduğu yoldan,əqidəsindən dönməyib. Atılan hər bir addımın başlanğıcıçətinliklərlə müşayiət olunsa da məqsəd, məram daim onların dəfolunmasında stimulverici amildir. “İki sahil” Azərbaycan üçün ənçətin dövrlərdə həyata vəsiqə alıb, öz ideallarına sadiq qalaraqsınaqlardan şərəflə çıxıb. 1991-ci ilin iyulunda “İki sahil” qəzetiyarananda Azərbaycan hələ dövlət müstəqilliyini bərpa etməmişdi. Oillər senzuranın tüğyan etdiyi bir zaman idi. Məqsəd, məram, amal“İki sahil”in köməyinə gəldi, bütün çətinliklərə rəğmən qəzetfəaliyyətə başladı.

“İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyevideyalarının təbliğatçısı olub. Xalqın böyük əksəriyyətininistəyinin ifadəsi olan 91 nəfər ziyalının Ümummilli Lider HeydərƏliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti “İki sahil”qəzetində dərc edilib. Qəzet Ulu Öndər Heydər Əliyevin banisiolduğu Yeni Azərbaycan Partiyasının yaranması zərurətini,təşkilatlanmasını, keçdiyi inkişaf yolunu daim geniş şəkildəişıqlandırır. “İki sahil” zamanın bütün çətinliklərinə,təzyiqlərinə rəğmən, qarşısına qoyduğu məqsədə doğru inamlaaddımlayıb, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib.Bu gün dövlətimizin azad sözə, azad fikrə verdiyi dəyər qəzetinfəaliyyətində özünün aydın ifadəsini tapır.

“İki sahil” SOCAR-ın təsisçiliyi ilə müstəqil ictimai-siyasiqəzet olaraq digər sahələr kimi, Azərbaycan dövlətinin siyasətini,iqtisadi sahədə əldə olunan uğurları ətraflı şəkildə ictimaiyyətəçatdırmağı qarşısına mühüm vəzifə kimi qoyub. Ulu Öndər HeydərƏliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməkləbugünkü inkişafın əsasını qoydu. "İki sahil” qəzeti neftstrategiyasının uğurla həyata keçirilməsində mühüm rola malik olanSOCAR-ın və onun strukturlarının gördüyü işləri geniş şəkildəişıqlandırır. Müasir dövlət quruculuğu prosesləri, Prezident İlhamƏliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, Azərbaycanmədəniyyətinin, incəsənətinin, təhsilinin inkişaf mərhələləriqəzetdə dolğun şəkildə əks etdirilir. Son beş ildə qalib,bütövləşən Azərbaycanın mətbu orqanı olaraq “İki sahil”in dəsəhifələrini azad Qarabağda və Şərqi Zəngəzurda geniş miqyas alanquruculuq işləri ilə zənginləşdirir. Böyük Qayıdış Proqramınınuğurlu icrasının göstəricilərindən olan soydaşlarımızın doğmayurdlarına qayıdışı bu gün qəzetin ictimaiyyətə təqdim etdiyiməlumatların əsas tərkib hissəsinə çevrilib.

Bu gün, eyni zamanda, qəzetin “ikisahil.az” internet saytı, “İkisahil TV” internet televiziyası uğurla fəaliyyət göstərir. Dövrün,zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsindəgünün aktual məsələlərinin təhlili, ölkə daxilində və onunhüdudlarından kənarda baş verən hadisələr operativ şəkildəoxuculara və izləyicilərə çatdırılır. "İki sahil” qəzeti 34 ilərzində böyük təcrübə əldə edərək, qarşıdakı illər üçün mühümuğurların təməlini qoyub.

Seçilən
25
12
az.trend.az

10Mənbələr