AZ

Avropada istidən ölənlərin sayı üç dəfə artırıb

Alimlər Avropada 40°C-dən yuxarı temperaturla anomal istilərin qeydə alındığı iyunun 23-dən iyulun 2-dək Avropanın 12 böyük şəhərində ölənlərin sayı ilə bağlı məlumatları dərc ediblər.

Bakues.az “CNN”ə istinadən xəbər verir ki, “World Weather Attribution” layihəsi üzərində çalışan avropalı alimlərin fikrincə, ekstremal hava hadisələrini tətikləyən iqlim dəyişikliyi olmasaydı, Avropada son isti dalğası nəticəsində ölənlərin sayı təxminən üç dəfə az olacaqdı..

Alimlərə görə, istiləri həddindən artıq dərəcədə artıran qlobal istiləşmə olmasaydı, bu 2,3 ​​min nəfərdən 1,5 min nəfəri sağ qala bilərdi. Qlobal istiləşmənin təsirindən ən yüksək ölüm nisbəti ölümlərin 88%-ni təşkil edən 65 yaşdan yuxarı insanlar arasındadır.

Seçilən
38
icma.az

1Mənbələr