AZ

Ərdoğan İmamoğlu ilə bağlı bu təkliflə razılaşdı

Ötən gün MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-də partiyasının qrup toplantısından sonra jurnaslistlərə açıqlamasında məsələyə münasibət bildirib.

O, təklifə müsbət yanaşdığını söyləyib: “Cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”.

Qeyd edək ki, canlı yayım məsələsinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.

Fatimə Şahverdiyeva

Seçilən
51
3
qafqazinfo.az

7Mənbələr