Ötən gün MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-də partiyasının qrup toplantısından sonra jurnaslistlərə açıqlamasında məsələyə münasibət bildirib.
O, təklifə müsbət yanaşdığını söyləyib: “Cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”.
Qeyd edək ki, canlı yayım məsələsinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.
Fatimə Şahverdiyeva