AZ

Tayvan tarixində ən böyük hərbi təlimə başlayıb

Tayvan illik Hanguang hərbi təlimlərinə başlayıb.

Editor.az Focus Taiwan-a istinadla xəbər verir ki, təlimlər iyulun 18-dək davam edəcək və Tayvanın tarixində ən böyük təlim olacaq. Belə manevrlər 1984-cü ildən bəri adətən beş gün dörd gecə davam edir. Onların məqsədi Çinin mümkün hücumu halında Tayvanın döyüş hazırlığını yoxlamaqdır.

Taypeydəki Milli Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun elmi işçisi Che Chung bildirib ki, builki təlimlərin məqsədi Tayvanın həm hərbi, həm də mülki cəmiyyətdə uzunmüddətli müqavimət və dayanıqlıq qabiliyyətini gücləndirməkdir.

Bloomberg-in məlumatına görə, bu dəfəki təlimlərdə rekord sayda – 20 min ehtiyatda olan hərbçi iştirak edəcək. Mülki şəxslər də iştirak edəcəklər: Onlar sığınacaqlara çevrilmiş böyük supermarketlər şəbəkəsinin zirzəmilərini yoxlayacaqlar və yerli hakimiyyət orqanları onların böhran vəziyyətində əsas xidmətləri və təchizatı təmin etməyə hazır olub-olmadığını qiymətləndirəcəklər.

Qeyd edək ki, iyulun 8-də Çin Müdafiə Nazirliyinin sözçüsü Jiang Bin deyib ki, Tayvanın Hanguang hərbi təlimləri Çinin silahlı qüvvələrini və ölkənin tarixi birləşmə tendensiyasını dayandıra bilməyəcək. O, Tayvanın manevrlərinin blef və özünü aldatma olduğunu bildirib.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
40
editor.az

1Mənbələr