AZ

Hindistanda ailənin 5 üzvü cadugərlik ittihamı ilə öldürülərək yandırılıb

Hindistanın Bihar ştatının polisi Temta kəndinin sakinləri tərəfindən cadugərlikdə günahlandırılan beş ailə üzvünün qətlində əli olmaqda şübhəli bilinən üç nəfəri həbs edib.

Herbiand.az bildirir ki, bu barədə CBS News xəbər verir.

Purnea bölgəsinin polis rəisinin müavini Pramod Kumar Mandalın sözlərinə görə, təxminən 50 nəfərdən ibarət dəstə gecə saatlarında evə soxularaq üçü qadın olmaqla, ailənin beş üzvünü qətlə yetirib. Sonra isə cəsədlər yandırılıb.

Yeganə sağ qalan 16 yaşlı oğlan hücumun təfərrüatlarını polisə danışıb. Qətliama səbəb 10 gün əvvəl kənddə bir uşağın ölməsi və onun qardaşının xəstələnməsi olub. Yerli əhali “cadugərlik”dən şübhələnib.

Rayon polis rəisi Sviti Sahravat istintaqın davam etdiyini və polisin linçdə iştirak edənlərin hamısını həbs etməkdə qərarlı olduğunu bildirib: “Bir çox kəndlilər istintaqa kömək etmir, lakin biz məsələni sona qədər aparacağıq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
56
herbiand.az

1Mənbələr