AZ

“Kəpəz” daha bir futbolçusu ilə yollarını ayırdı

Yeni mövsümə hazırlığını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Gəncə klubu müqaviləsi başa çatan Rauf Hüseynlini komandada saxlamayıb.

25 yaşlı müdafiəçi ötən mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.

Rauf karyerası ərzində “Qəbələ”, “Şamaxı”, “Zirə” və “Qarabağ” kimi klublarda çıxış edib.

Seçilən
48
msport.az

1Mənbələr