“Mən silahın gücünə deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”,- PKK lideri deyib.
Türkiyə mediasının məlumatına görə, Öcalan PKK üzvlərini dərhal tərksilah prosesinə başlamağa çağırıb.
![]() |
PKK Şimali İraqda tərksilah olacaq| VİDEO |
Türkiyənin “Hüriyyet” qəzetinin yaydığı məlumat əsasən, PKK-nın ilk döyüşçü qrupu iyulun 11-də İraqın şimalında tərksilah prosesinə başlayacaq.
Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ildən həbsdədir. O, Keniyada həbs olunub və elə həmin il Türkiyədə edam cəzasına məhkum edilib, lakin sonradan onun cəzası ömürlük həbslə əvəzlənib.
Sahil İsgəndərov
AzVision.az