AZ

Öcalan yenə PPK-nı tərksilaha çağırdı | VİDEO

AzVision.az xəbər verir ki, Abdullah Öcalan vide-görünt vasitəsi ilə tərəfdarlarına müraciət edib.

“Mən silahın gücünə deyil, siyasətin və sosial sülhün gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”,- PKK lideri deyib.

Türkiyə mediasının məlumatına görə, Öcalan PKK üzvlərini dərhal tərksilah prosesinə başlamağa çağırıb.

PKK Şimali İraqda tərksilah olacaq| VİDEO
Xəbərdə o da bildirilir ki, kürd yönümlükürd yönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) rəhbərliyi Öcalanla mütəmadi danışıqlar aparır. Partiyanın nümayəndə heyətləri bundan əvvəl Türkiyə prezidenti tərəfindən qəbul edilib.

Türkiyənin “Hüriyyet” qəzetinin yaydığı məlumat əsasən, PKK-nın ilk döyüşçü qrupu iyulun 11-də İraqın şimalında tərksilah prosesinə başlayacaq.

Xatırladaq ki, Abdullah Öcalan 1999-cu ildən həbsdədir. O, Keniyada həbs olunub və elə həmin il Türkiyədə edam cəzasına məhkum edilib, lakin sonradan onun cəzası ömürlük həbslə əvəzlənib.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
54
azvision.az

1Mənbələr