AZ

Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin mövqeyindən razı qalmadığını deyib

"Mənun deyiləm. Amma nə edəcəyimizi sizə deməyəcəm. Kiçik bir sürpriz hazırlayırıq" – deyə ABŞ prezidenti bildirib.

Tramp Putini Ukrayna haqqında "cəfəngiyyat" danışmaqda günahlandırıb: "Əgər həqiqəti bilmək istəyirsənsə, Putin bizə çox boş sözlər danışır. Həmişə çox nəzakətli davranır, amma sonda bu heç nəyi ifadə etmir".

Tramp ötən həftə Putinlə telefon danışığında Ukrayna sülh məsələsində irəliləyişin olmamasından “çox məyus” olduğunu təkrarlayıb.

Ağ Evdə Nazirlər Kabinetinin iclasında çıxış edən Tramp Ukraynadakı münaqişənin onun gözlədiyindən də mürəkkəb olduğunu etiraf edib. Amerika lideri gələcək addımlar barədə təfərrüatları açıqlamayıb.

Tramp Konqresdə gündəmdə olan yeni sanksiya qanun layihəsində tamamilə öz iradəsindən asılı olduğunu vurğulayıb: "Bu, tamamilə mənə bağlıdır. Qəbul edilib-edilməməsinə mən qərar verəcəm".

Sözügedən qanun layihəsini Trampa yaxınlığı ilə tanınan respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blumental hazırlayıb. Qanun layihəsində Rusiyaya qarşı yeni sanksiyalarla yanaşı, Rusiyanın enerji məhsullarını idxal edən ölkələrə 500% rüsumun tətbiqi də nəzərdə tutulur. Qrim deyib ki, Trampın özü ona “bu qanun layihəsinin vaxtı çatıb” deyib.

TAHİR

phrase_var_article.chosen
37
28
baki-xeber.com

10phrase_var_article.sources