AZ

“Məsud Pezeşkianın Azərbaycana səfəri bir çox məsələlərə aydınlıq gətirdi”- Politoloq

İranla Azərbaycan arasında Azərbaycan dəstəyi  ilə Astarada  İranın ilk beynəlxalq azad iqtisadi zonası yaradılır.  Ulusal.az  verir ki, bu barədə İran parlamentində Astara şəhərini təmsil efən millət vəkili Vəli Dadaşi məlumat verib. Millət vəkili Azərbaycanın iştirakı ilə həyata keçiriləcək Astarada ölkənin ilk beynəlxalq azad zonasının yaradılmasına İran prezidenti Məsud Pereşkianın  razılıq verdiyini açıqlayıb.
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana iyulun 4-də başa çatan səfəri iki ölkə arasında yeni əlaqələrin qurulmasına və mövcud əməkdaşlığın inkişafına yol açdı. Bu səfər zamanı Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında keçirilən danışıqlar iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına təkan verdi.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa
Politoloq hesab edir ki, İran prezidentinin səmimi fikirləri və Azərbaycanı dost ölkə adlandırması yeni lahiyələrin icrasına stimul verir.
” Məhz bunun nəticəsidir ki, yaxın günlərdə Astarada  İranın ilk beynəlxalq azad iqtisadi zonası yaradılmasına strat veriləcək. Pezeşkianın səfəri,bir çox məsələlərə aydınlıq gətirdi. Bu səfər  regionda geosiyasi gedişatı göstərən mühüm bir hadisə kimi dəyərləndirilir. Xüsusilə, onun Azərbaycan və Türkiyə liderləri ilə birgə görüntüsü və səmimi dialoqları bəzi dairələrdə müxtəlif reaksiyalara səbəb olsa da, ümumilikdə regionda əməkdaşlığın güclənməsinə dair siqnal kimi qəbul edilib. Bu səfər İran və Azərbaycan arasında qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin gələcək inkişafı üçün mühüm addım hesab olunur.” – deyə Arzuman Muradlı bildirib.
Seçilən
39
moderator.az

1Mənbələr