AZ

“Niderland beynəlxalq məhkəmələrin ev sahibi kimi İsrailin hücumlarını pisləməli idi” - İran səfiri

Yazını böyüt
Yazını kiçilt

İranın Niderlanddakı səfiri Hadi Fərəcvənd bu ölkənin İsrail və ABŞ tərəfindən İran torpaqlarına qarşı həyata keçirilmiş hərbi təcavüzə səssiz qalmasını tənqid edib. Bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinin ev sahibi olan Niderlanddan son hücumları açıq şəkildə pisləməsi gözlənilirdi.

Hafta.az-ın yazdığına görə, diplomat, Niderlandın "Ongehoord Nederland" adlı ictimai yayım şəbəkəsinə müsahibədə təcavüzü kəskin şəkildə qınayaraq qeyd edib ki, İranın cavab tədbirləri BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır və qanuni özünümüdafiə prinsipinə uyğundur.

Səfir vurğulayıb ki, İran öz ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı hər hansı təhdidə beynəlxalq hüquq çərçivəsində qarşılıq vermək hüququnu özündə saxlayır.

“İslam dininin təlimlərinə, ali rəhbərin açıq fətvasına və milli maraqlara əsaslanan hesablamalara görə, İran kütləvi qırğın silahlarının istehsalı və istifadəsini tamamilə rədd edir, bunu insani, əxlaqi və dini prinsiplərlə ziddiyyət təşkil edən bir hərəkət kimi qiymətləndirir”, - o deyib.

Fərəcvənd onu da qeyd edib ki, İranın nüvə proqramı hər zaman sülhməramlı olub və Beynəlxalq Atom Enerjisi Agentliyinin dəfələrlə təqdim etdiyi hesabatlara əsasən, bu proqramda hərbi məqsədlərə yönəlmiş heç bir yayınma müşahidə edilməyib. Buna görə də, İsrail və ABŞ tərəfindən İranın nüvə obyektlərinə edilən hücumların bəhanələri hüquqi əsasdan və beynəlxalq legitimlikdən məhrumdur.

Səfirin fikrincə, İsrailin bu hücumları diplomatik danışıqlar prosesi zamanı həyata keçirməsi, diplomatiyaya xəyanət olmaqla yanaşı, ABŞ-nin danışıqlar və müzakirə yolunda səmimi olmadığını da açıq şəkildə göstərir.

Seçilən
29
hafta.az

1Mənbələr