AZ

Yunanıstan Azərbaycandan 163 milyon dollarlıq təbii qaz alıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 286,6 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Day.Az xəbər verir ki, Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 163,4 milyon ABŞ dollarına bərabər olub.

Yunanıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 28,6 milyon kubmetr və ya 9,1% azalıb, dəyər ifadəsi ilə isə 30,7 milyon ABŞ dolları, yaxud da 23,1% çoxalıb.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 315,2 milyon kubmetr həcmində, 132,7 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk dörd ayında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 8,2 milyard kubmetr, dəyəri isə 3,1 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi 176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Seçilən
49
50
day.az

10Mənbələr