Azərbaycan energetika naziri Pərviz Şahbazov Sloveniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.
Bu barədə Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.
Nazir enerji sahəsində ikitərəfli əlaqələrin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı kontekstində yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri üzrə səmərəli görüşün baş tutduğunu bildirib.
“Ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 faizini təşkil edən Azərbaycan qazının tədarükünün artırılması və yaşıl enerjinin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik”, - Pərviz Şahbazov qeyd edib.