AZ

Moskva: “NATO və Aİ müharibəyə hazırlaşır” | VİDEO

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Dövlət Dumasında “Vahid Rusiya” fraksiyadaxili qrupunun iclasından sonra jurnalistlərə açıqlamasında belə deyib.

“Görüşdə mövcud təhlükəsizlik vəziyyəti, o cümlədən NATO və Avropa İttifaqının hərbiləşdirilməsi müzakirə olunub. Onlar konkret olaraq Rusiya ilə hərbi toqquşmaya hazırlaşırlar”,- rusiyalı diplomat vurğulayıb.

NATO-nun xərcləri Moskvanı narahat edir | VİDEO
Aleksandr Qruşko bundan əvvəl Aİ ölkələrinin hərbiləşdirilməsini diqqətə çatdırmışdı. Onun sözlərinə görə, hazırda NATO ölkələrinin hərbi büdcələrinin məbləği Rusiyanın hərbi xərclərindən 10 dəfə çoxdur. Buna baxmayaraq, bloka üzv ölkələrRusiyadan qorxduqlarını və onun aqressiv niyyətlər güddüyünüiddia edirlər.

Xatırladaq ki, iyunun 24-25-də NATO-nun Haaqada keçirilən sammitində təşkilata üzv dövlətlərin liderləri müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər. Şimali Atlantika Alyansının baş katibi Mark Rütte mətbuat konfransında bildirib ki, blok özünü Rusiya təhlükəsindən müdafiə edə biləcəyinə əmin olmalıdır. Rüttenin fikrincə, Qərb“Rusiyaya münasibətdəsadəlövh”olmamalıdır.

Bununla yanaşı, mayın 21-də Aİ səfirləri Avropanın hərbiləşdirilməsi üçün Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin təklif etdiyi 150 milyard avroluq plan üzrə razılığa gəliblər.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
45
1
azvision.az

2Mənbələr