PSJ-nin iki futbolçusu üçün Klublararası Dünya Çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, Lukas Hernandes və Vilyan Paço "Bavariya" ilə matçda gördükləri qırmızı vərəqəyə 2 matçlıq cəzalanıblar.

Hər iki futbolçu sabah keçiriləcək "Real Madrid"lə matçda komandalarına kömək edə bilməyəcək. Onlar eyni zamanda Paris klubu finala yüksəlsə, həlledici qarşılaşmanı da qaçırmalı olacaqlar.

Qeyd edək ki, PSJ "Bavariya" ilə görüşdə meydanda 9 nəfər qalmağına baxmayaraq qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılmağı bacarıb.