AZ

Biləsuvarda narkokuryer saxlanıldı

BİLƏSUVAR, 8 iyul. TELEQRAF

Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən növbəti əməliyyat keçirilib, marixuana və tiryək aşkarlanıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
31
27
teleqraf.com

10Mənbələr