Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Donald Trampa səfir Oksana Markarovanı Vaşinqtondan geri çağıracağına söz verib..
Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Markarova ABŞ Demokrat Partiyasına yaxındır və respublikaçılar tərəfindən tənqid edilir. Buna görə də səfirin vəzifəsindən kənarlaşdırılması Kiyevə silah tədarükünün dayandırılması zamanı Zelenskinin ABŞ prezidentini sakitləşdirmək cəhdi olacaq.
Ukraynanın yüksək rütbəli rəsmisinin sözlərinə görə, Ukrayna prezidenti həm Ağ Ev, həm də Konqres üçün başa düşülən yaxşı danışıqçını səfir təyin etmək niyyətindədir.
Poliqon.info