AZ

Şair Həsən Kür vəfat etdi

Şair, Vətən müharibəsi iştirakçısı Həsən Kür (Zeynallı) vəfat edib.

Bakues.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, iyulun 7-də axşam saatlarında onun beyninə qan sızıb. Şair Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, qazi-şair Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o, “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. O, uzun müddət xəstəxanada müalicə olunub.

Seçilən
39
14
icma.az

10Mənbələr