Klublararası Dünya Çempionatının 1/4 finalında PSJ ilə oyunda ayağı qırılan Camal Musialanın aqibəti məlum olub.
"Football-plus.az" xəbər verir ki, fasilə ərəfəsində rəqib qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ciddi xəsarət alıb.
“Bild” qəzetinin xəbərinə görə, “Bavariya”nın yarımmüdafiəçisi təxminən 4-5 ay yaşıl meydana çıxa bilməyəcək.
Onun 2025-ci ilin sonuna qədər oyunlardan kənarda qalacağı ehtimalı da var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta