AZ

Azərbaycan klubu isveçrəli futbolçunu transfer etdi

"Şamaxı" komandası yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klubdan Metbuat.az-a verilən məlumata görə, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.

Xatırladaq ki, Rossi son olaraq İsveçrənin "Şaffhauzen" kollektivində çıxış edib.

Seçilən
9
2
metbuat.az

3Mənbələr