"Şamaxı" komandası yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klubdan Metbuat.az-a verilən məlumata görə, bölgə təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Otuz bir yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.Xatırladaq ki, Rossi son olaraq İsveçrənin "Şaffhauzen" kollektivində çıxış edib.