Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sentyabrın 1-dən dekabrın 1-dək Hollandiyanın F-35 qırıcıları Şərqi Avropa üzərində növbətçilik edəcək.Missiya.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Hollandiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məqsəd Qərbin Ukraynaya hərbi yardımının təhlükəsiz daşınmasını təmin etmək və Rusiyadan gələcək potensial təhlükələrin qarşısını almaqdır. NATO-nun sürətli cavab missiyasının bir hissəsi olaraq, təyyarə Alyansın hava məkanında gecə-gündüz patrul edəcək.
Hollandiya F-35-lərinə Norveç qırıcı təyyarəsi dəstəsi də qoşulacaq. Yerləşdirmə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tələbi əsasında həyata keçirilir.Zərintac MayisqızıMissiya.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.