AZ

Daha bir ölkə Ukraynaya silah tədarükünü qorumaq üçün F-35-ləri cəlb edir

Sentyabrın 1-dən dekabrın 1-dək Hollandiyanın F-35 qırıcıları Şərqi Avropa üzərində növbətçilik edəcək.Missiya.Az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Hollandiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məqsəd Qərbin Ukraynaya hərbi yardımının təhlükəsiz daşınmasını təmin etmək və Rusiyadan gələcək potensial təhlükələrin qarşısını almaqdır. NATO-nun sürətli cavab missiyasının bir hissəsi olaraq, təyyarə Alyansın hava məkanında gecə-gündüz patrul edəcək.

Hollandiya F-35-lərinə Norveç qırıcı təyyarəsi dəstəsi də qoşulacaq. Yerləşdirmə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının tələbi əsasında həyata keçirilir.Zərintac MayisqızıMissiya.Az

Seçilən
90
50
missiya.az

10Mənbələr