AZ

Livan İsraillə sərhəddə qoşunlarının şəxsi heyətinin sayını 10 min nəfərədək artıracaq

İsrail nəzarəti altında qalan 5 bölgədən qoşunlarını çıxaran kimi Livanın cənub sərhədindəki qoşunların şəxsi heyətinin sayı 10 minə çatdırılacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu respublika prezidenti general Cozef Aun Baabda sarayında Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşündə bildirib.

“Ölkənin cənubunda Livan Ordusu və BMT-nin sülhməramlı kontingentindən başqa heç bir silahlı qüvvə olmayacaq. Litani çayının cənubunda qoşunlarımızın şəxsi heyətinin sayı 10 min nəfərə çatdırılacaq”, – o deyib.

Prezident vurğulayıb ki, o, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin 2025-ci il avqustun 31-də başa çatan mandatının uzadılmasında Londonun dəstəyinə ümid edir: “Mövcud vəziyyət tələb edir ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi tam icra olunana qədər sülhməramlı qüvvələr regionda qalsınlar”.

Qısa səfərlə Beyruta gələn nazir Lemmi də öz növbəsində Britaniya-Livan əlaqələrinin möhkəmliyinə işarə edərək, ölkəsinin Livana bütün, xüsusilə də hərbi sahədə kömək göstərəcəyini vəd edib.

Seçilən
3
3
nocomment.az

8Mənbələr