AZ

PSJ “Bavariya”nı məğlub edərək yarımfinala yüksəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.

"Unikal" xəbər verir ki, 1/4 final mərhələsində Fransanın PSJ və Almaniyanın “Bavariya” kollektivləri üz-üzə gəlib.

İki cavabsız qolla qalib gələn Paris təmsilçisi yarımfinala adlayıb.

İlk hissənin sonlarında Almaniya klubunun futbolçusu Camal Musiala ağır zədə alıb. PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan yarımmüdafiəçinin qıçı sınıb.

Matçın taleyi ikinci hissədə həll olunub. Qolları 78-ci dəqiqədə Desire Due, 90+7-ci dəqiqədə isə Osman Dembele vurublar.

Komanda bu raundda "Real Madrid" (İspaniya) - "Borussiya Dortmund” (Almaniya) cütünün qalibini sınağa çəkəcək.

Seçilən
27
11
unikal.az

10Mənbələr