AZ

Bakıda və Tovuzda narkokuryerlər saxlanıldı -FOTO/VİDEO

Polisin Binəqədi rayonunda keçirdiyi əməliyyat zamanı 1994-cü il təvəllüdlü Nəsrəddin Musayev 17 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana ilə tutulub.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) məlumat yayıb.

 

Bildirilib ki N.Musayev ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

**

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş 34 yaşlı İbrahim Heydərov, 26 yaşlı Nicat Qurbanov və 38 yaşlı Əfqan Kərimov saxlanılıblar. 

Onlardan 2 kiloqram narkotik vasitə olan marixuana və 1 kq 460 qram həşiş aşkar edilib.

 

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotikləri şəxsi istifadələri ilə yanaşı satış məqsədilə əldə ediblər.

 

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Seçilən
26
50
senzor.az

10Mənbələr