Rusiyada azərbaycanlı mənşəli bir neçə şəxs mütəşəkkil cinayətkarlıqla bağlı ittihamlarla saxlanılıb. Bu barədə yerli KİV və hüquq-mühafizə orqanları məlumat yayıb.
Orenburq şəhərində kriminal dairələrdə “qanuni oğru” kimi tanınan Zaур Şipilov həbs olunub. O, 2006-cı ildə Moskvada öldürülən kriminal avtoritet Bayram Talıbovun oğludur.
Həmçinin “Fud-Siti” topdansatış bazarına nəzarət etdiyi deyilən iş adamı Zaур Əhmədov da saxlanılıb.
O, mərhum Rovşən Lənkəranskinin əmisi oğlu və yeznəsi sayılır və onun strukturuna rəhbərlik etdiyi bildirilir.
Moskvada isə “Diplomat” ləqəbi ilə tanınan və əslən Tiflisdən olan Vaqif Süleymanov saxlanılıb.
O, Rusiya qanunvericiliyinin pozulması səbəbilə Azərbaycana deportasiya ediləcək.
N.Təbrizli