AZ

Kremldən "qanuni oğrular"a hücum əmri - "Diplomat" və Zaur Naxçıvanski haradadır? - VİDEO

 

"Azərbaycanın Rusiya vətəndaşlarına qarşı sərt hərəkətlərinə Rusiya oğru dünyasının azərbaycanlı liderlərini darmadağın etməklə cavab verdi".

 

Bakupost.az xəbər verir ki, bunu Rusiyanın “Prime Crime” xəbər agentliyi bildirib.

 

Materialda qeyd olunur ki, dünən Rusiyada yaşayan üç titullu azərbaycanlıdan ikisi Rusiya-Azərbaycan böhranının "dəyirmanı"na atıldı:

 

"Moskva və Orenburq vilayətlərində eyni vaxtda yerli əməliyyatçıların köməyi ilə Cinayət Axtarışı Baş İdarəsi və FTB-nin birgə əməliyyatları keçirildi. Əvvəlcə Nova Riqadakı Qrinfild kottec qəsəbəsindən çıxarkən kriminal dairələrdə daha çox"Diplomat"və ya "Vaqif Bakinski" kimi tanınan 59 yaşlı Vaqif Süleymanov elit torpaqda üzü üstə qoyuldu.

 

Daha sonra Orenburqda 39 yaşlı Zaur Şipilov (Zaur Talıbov və Zaur Naxçıvanski) saxlanıldı.

 

Oğru statusu ilə bağlı əməliyyatçıların sualına Vaqif Sleymanov cavab verməkdən imtina etdi, Zaur Naxçıvanski isə kamera çəkilişi olmadan cavab verməyə razılaşdı".

 

“Prime Crime” qeyd edir ki, oğruların ləqəbləri Azərbaycan yer adları ilə bağlı olsa da, nə Vaqif, nə də Zaur Azərbaycanda doğulmayıb. Vaqif özünün gah Tiflisdə, gah da Marneulidən doğulduğunu deyir. Zaur isə Orenburqda anadan olub, özünü azərbaycanlı hesab etsə də, yarı rusdur, üstəlik, vəftiz olunub:

 

"Vaqif həmvətənləri arasında nüfuz baxımından haqlı olaraq bir nömrə sayılır. Zaurun isə 12 illik iş təcrübəsinə baxmayaraq, oğrlar arasında bəlkə də ən zəifidir. Amma deyirlər ki, insani keyfiyyətlərinə görə çoxlarına "fora verəcək" gücdədir.

 

Vaqif peşəkar kriminal karyerasına 80-ci illərdə cibgir kimi başlayıb. "Ailə"yə girməzdən əvvəl Moskvada oğurluğa görə iki dəfə 9 il fərqlə mühakimə olunub. İlk dəfə 1982-ci ildə 2 il şərti, ikinci dəfə 1991-ci ildə cəzasını gücləndirilmiş rejimli koloniyada çəkməklə 1 illik cəza alıb. O, Bakıda etap olunub, orada SSRİ-nin dağılmasından bir həftə əvvəl, vaxtından 3 ay 20 gün tez həbsxanadan çıxıb.

 

Vaqifin tacqoyma mərasimi 2001-ci ilin yayına təsadüf edir. O, Hikmət və Çingiz başda olmaqla dövrün bütün əsas Azərbaycan avtoritetləri tərəfindən taclandırılıb.

 

Elə həmin ilin yazında rustavililər Qulini mühasirəyə aldılar, müharibədə Vaqifin “xaç ataları” qurban getdi. Zaurun atası, yeri gəlmişkən, Hikmətlə birlikdə güllələnib.

 

Vaqif Quli ilə düşmənçilik etməyib, ona görə də o, yaş etibarı ilə bütün azərbaycanlı oğruları, o cümlədən ömürlərinin çiçəklənən vaxtında öldürülən Qulini və Zauru taclandıran Rövşəni üstələyib. Oğru adı alan Vaqif Moskvada narkotikə görə daha üç dəfə həbs edilib. Dördüncü dəfə qəsbkarlığa görə saxlansa da, həbs edilməyib.

 

Vaqif sonuncu dəfə10 il polis tərəfindən saxlanılıb. O vaxtdan bəri toxunulmazlar sırasında idi. Ləqəbini ("Diplomat") doğruldan Vaqif "Ded Xasan"ın favorisi olmaqla, sonradan Nam Bavanın yerini saxlamağı bacaran praktiki olaraq yeganə Moskva oğrusu oldu.

 

Nəzarət üçün saxlanılan Zaura isə dünən oğrulara aid maddə ilə də iş açılıb.

 

Vaqiflə bağlı isə yaxın saatlarda qərarın veriləcəyi gözlənilir.

 

Azərbaycan diasporunun kifayət qədər güclü kriminal qanadı hələ də əsasən, oğruların üzərində cəmləşsə də, onların ən azı ikisindən biri - Vaqif Süleymanov Moskva və Bakının diplomatik oyunlarında əlverişli "kozır"a çevrilə bilər. O, vətəndaşlığı olmayan şəxs kimi 3 ay müddətinə saxlanılıb".

 

Bakupost.az

 

 
Tarix: 4 İyul 2025, 18:56   
Seçilən
24
15
pravda.az

10Mənbələr